Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın.
Qaçıb bir dağə çıxdı Kuhkən, qurtarmağa canın.
Buraxmış itlərinə parə-parə könlümü ol məh,
Ulaşdırmış kəsib ərbabi-istehqaqə qurbanın.
Mənim çaki-giribanım görüb eyb eyləməz ol kim,
Görər sərməst çıxdıqda onun çaki-giribanın.
Könül, qəm həmdəmimdir qanın, ey göz mərdümü, içmə,
Bilirsən qanə-qandır, qəm sənə qoymaz onun qanın.
Gözün kim guşeyi-mehrab tutmuş din qılır yəğma,
Bu mülkün etmək olmaz fərq kafirdən müsəlmanın.
Gözüm mərdümlərin çoxdan qılırlar dəviyi-eşqin,
Nə hacət yaşların sormaq, anarlar Nuh tufanın.
Füzuli, çəkmə yarın oxların hər ləhzə yarəndən,
Sənəmi qaldı çəkmək hər zaman bir yar hicranın?
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-gorub-muhlik-menim-cevremde-behri-esq-tugyanin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şərh etməsək də biz, sənə vazehdir halımız.
Sənin feyzi-vücudunla işıqlanmış bütün aləmKəmali-qüdrətindəndir ki, torpaqdan durub Adəm.
Kimi nisbət qılım ol sərvi-sənubər qəddəUcalardan ucadır qədrdə, həm qiymətdə.
Qübari-rahini, ey mehr, tutiya eləməTutub bərabər onu xak ilə, fəna eləmə!