Sən üzündən aləmi rövşən qılıb saldın niqab
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sən üzündən aləmi rövşən qılıb saldın niqab,Yazıya salsın bu gündən böylə nurin afitab.
Sən nə nuri-paksən, ey məzhəri-sün’i-ilah,Kim, alır şəm’i-rüxündən nur mehrü mahitab.
Əks ruyin suya salmış sayə, zülfün toprağa,Ənbər etmiş toprağın adın, suyun ismin gülab.
Yeldə bulmuş buyi-zülfün, suda əksi-arizinKim, yeli bağrına basıb, suya göz dikmiş hübab.
Lə’lgun meydir əlində sağəri-simin ilə,Ya nigini-lə’ldir, rəşki-ləbindən oldu ab?
Kilki-qüdrət lövhi-sinəmdə səni qılmış rəqəm,Eyləyib məhbublər məcmuəsindən intixab.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, hər əməl qılsan xətadır, qeyri-eşq,Budurur mən bildigim, “vəllahü ə’ləm bis-səvab”
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-sen-uzunden-alemi-rovsen-qilib-saldin-niqab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Bir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
SöyləGünlərim axışır bir uyğu kimi -Dərədən-dərəyə axan su kimi,
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül