Səgridir cilvəyə ol sərv səməndin yenəməz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Səgridir cilvəyə ol sərv səməndin yenəməz,Kim onu görsə fəğan etməyə kəndin yenəməz.
Gərçi şümşad lətafətdə çəkibdir gögə baş,Naz bəhsində onun sərvi-büləndin yenəməz.
Eylə divanəligə düşdü könül kim, dildarSalsa gər boynuna həm zülfi-kəməndin yenəməz.
Qaça bilməz dili-divanə saçın qeydindən,Netsin, ol vəhşi ayağındakı bəndin yenəməz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Edəməz mən’ Füzulini qədəhdən zahid,Hiç kim kuyi-xərabat ləvəndin yenəməz.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-segridir-cilveye-ol-serv-semendin-yenemez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O zövqdən ki, görüşdə hər aşinadən olur.
Cəmalü hüsnünə ey daima olan məğrurNədən cünun bu qədər səndə əqlə qalibdir.
Dedi Əhməd: Əli mənlə olub Harunla Musa təkŞəriklik rəmzi var bunda, kəmali-cahü izzətdir.
Dəhrdə rahətlik ümmidilə çəkmə çox əzabÇün olub biganə bu məqsəd əzəldən xilqətə.