Çətindi
Gəldi məhərrəmlik, kəsdi qabağı,Çıxmaq olmaz bir kənara, çətindi.İstəkli qohumlar, vəfalı dostlar,Sizdən uzaq düşsə ara, çətindi.
Məlum könlüm düşüb qəm dəryasına,Əridir çismimi nar havasına.Gərəkdi, əyləşəm Əkbər yasına,Ağlamasam Ələmdara, çətindi.
Hər an zikrimdədi ol şahi-əbrar,Bahar buludu tək yaş eylərəm car.Həsrətin çəkirəm, bir səfərim var,Orda olmaq üzü qara, çətindi.
Mətahım dürrdü, alan yox, satam,Hüseyni-şəhidin matəmin tutam.Oğul yolu gözlər binəva atam,Həsrət çəkər o biçara, çətindi.
Bu dünyanı görən, özün öyməsin,Yaralı qəlbimə ellər dəyməsin.Tanrı heç kimsədən nəzər əyməsin,Düşsə İman kimi dara, çətindi.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-cetindi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Mərsiyə
Elə bil başına dolandı aləm.
İran Astarası və Azərbaycan AstarasıOrtadan bir çay keçir, olmuş iki yan Astara,Bir yan Azərbaycan, bir səmti İran, Astara.
Dilənçi cocuqDilən şəhərdə, ey cocuq, dilən, əl aç cocuq kimi,Yanaş, o varlı oğlana, yanaqları totuq kimi.
لنگر از صاحبدلان، شوخی ز خوبان خوشنماستاز هدف استادگی، از تیر جولان خوشنماست