Kəsildi
Çarx dolandı, üz döndərdi zamana,Əvvəl olan düz ilqarı kəsildi.Əcəb bəla nazil oldu insana,Getdi əldən, xoş qərarı kəsildi.
Müslimanam deyən oldu cəfakar,Qəza hər nizamın etdi tarümar.Şirin ağzı olan oldu zəhrimar,Yaxşı günü, xoş mədarı kəsildi.
Çox dövran sürənlər axır zay oldu,Gədalar da gəldi şaha tay oldu.Bəylərin, xanların işi ah-vay oldu,Hər tərəfdən mədədkarı kəsildi.
Getdi bu dünyadan nə gözəl canlar,Pozuldu bağçalar, şux gülüstanlar.Qaldı əl qoynunda neçə bağbanlar,Qurudu ağaclar, barı kəsildi.
Kəsildi aramım, səbrü-taqətim,Dağıldı başımdan huş, dəyanətim.Novrəstə İmanam, eyşü işrətim,Getdi, heyif, ömrüm yarı kəsildi.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-kesildi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
(nəğmə)*Bir ana, boynunu burmaqdan yorulmaz.
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
BağlarıBir gözəl görmüşəm bizim ellərdə,Üzündə sezmişəm busə bağları.
YetirrəmKönül, səbr et, gəl eyləmə əlaman,Səni bir gün o dildara yetirrəm.