Bilin siz
Ziyadlı elləri, çox salamım var,Oxuyub eşidin hamı, bilin siz.Açılsa zəbanım, söylərəm aşkar,Həqiqətdən dürr kalamı, bilin siz.
Ariflər yığılsın, qılsın tamaşa,Coş edib sinəmdə yanan ataşa.O gündən ki könlüm toxunub daşa,Pozulubdu hər nizamı, bilin siz.
Deməyin ağılsız, kamalsızam mən,Sözlərimdən mətləb qanar dərdbilən.Yad eldə aşığa çox olar gülən,Söyləyər nadandı, namı bilin siz.
İman deyər, bir mövlanın quluyam,Həqiqətdən, mərifətdən doluyam.Bir xudanın qədərindən halıyam,Qərar qoyub sübhü şamı, bilin siz.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-bilin-siz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Ey söz, nola dersəm sənə xürşidi-səmavat,Səndən alıyor nurü ziyayi həmə zərrat.
Bir cüt gözün ilə nə qədər qan etdinZülfünlə nə çox qəlbi, de, viran etdin!
Düzlər məsləkini izləyənlər dastanının davamıBu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,