Əsli-müəmmanın bəhsi momuda,Taptap aləmində nə hikməti var?Zikr elə mərmərə, əsli-şohuda,De, o şux kəlmənin nə qüdrəti var?

Şəhabi-ləbyəzə, külli-kainat,Tohuru cəm aləm səmiyyən nicat.Eynül ədəb hami, sirri-xəfiyyat,Verəsən cavabın, nə nüsrəti var.

Qatilül zad külli-fəsad fəsada,Hüsini, tosini səhni-səhrada.Açmayan kəlməni qəlli-ustadaQoymuşam boynunda çox minnəti var.

Biçarə İmanın yoxdu idarası,Qitətil məsrakin rəsil əcası.Nahidi-məcmərə yəl-yəl mənası,Coş edir sinəmdə, nə firqəti var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət