Gəlsin
Burada bir səyyadın tor bənası var,Cəhd eylər, dəstinin tərlanı gəlsin.Cavandı, sərinin eşq havası var,Xəstədir, dərdinin dərmanı gəlsin.
Çəkilib qəlbinə ağ üstdən qara,Dağlar maralı tək düşübdü dara,Qəza xədəngindən yetişib yara,Sağalmaz, ha təbib, loğmanı gəlsin.
Dolanıb zimistan, gəlib nobahar,Gülşənə yağdırır dolu, boran, qar.Kim desə fələkdən dildə yaram var,Açmağa dəftəri-İmanı gəlsin.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-gelsin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vaxt dolandı, gəldi keçdi zamana,Niyə əl çəkmədin, a yara, məndən?
Ay maral, maralOvsunçusan, mənlə dərdə yarısan,Ovsun sal dağlara, ay mar al, mar al.
Ay üzər, üzərCamalın şöləsi gəzir cahanı,Necə ərş üzündə Ay üzər, üzər.
Maralı dağlarKəmənd əldə, səyyad ov bərəsində,Ovçusu da ağlar, maralı da ağlar.