A yara, məndən
Vaxt dolandı, gəldi keçdi zamana,Niyə əl çəkmədin, a yara, məndən?Nə əcəl gəlmədi, yetişəm cana,Nə xəbər yetmədi, a yara məndən.
Can deyən Fərhaddı, Şirin daha nə?Əsb əlində söylər şirin dəh ana.Gəlibdi ləblərin şirin dahana,Görmüşəm ləzzətin, a yar, əməndən.
İman qələm çalır, nə xoş səfadı,Nə nizam yoxumdu, nə xoş səf adı.Pərişan xəyalım naxoş səfadı,Xain bəd qandırıb a yara məndən.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-a-yara-menden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Şərəfnamə, fəsil 61Saqi, ver ürəyə yatımlı meydən!Ver ki, mey xoş gəlir ömür gənc ikən!
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir