Təzə bir cavan görmüşəm,Hüsndə insan kimidir;Bu, gözəllik oxşarındanHuriü qılman kimidir;Ləyaqəti, şəbahətiMehri-dirəxşan kimidir;Xoş ləhcəsi, şirin sözüLəli-Bədəxşan kimidir;Dillərdə vəsfi söylənənYusifi-Kənan kimidir.

Mən gəzmişəm Qafqazyanı,Onun kimi gözəl hanı!?Məhbubluqda yoxdur tayı,Tək yaradıb kərəmkanı;Xəlq eləyib bir ilahiYer üzünün Süleymanı.Hərdəm dolanıb nazınanGələndə, nazənin canıOn dörd gecəlik bərq verənOl mahi-taban kimidir.

Əlif qəddin, qələm qaşınÜstündən ayna qabağı;Şəhla gözün, narın üzünXub yaraşır gül yanağı;Qulac qolun, nazik belinSədr üstdən büllur buxaqı;Zənəxdanın yaraşığıLalə tək əhmər dodağı;Bir-birindən gözəlliyiŞövkəti-Rizvan kimidir.

İsmindən həya qılıram,Aşkar demədim məbada;Dağlıq Qarabağdı eli,Özüdür bir mollazada.Görəndə günəş camalın,Dərd olur həddən ziyadaMən ki pərişanhal olub,Qəmli dolanan dünyada;Onun da bir məhəbbətiBu Novrəs İman kimidir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri