Haraya qərəz
Ərşin sütununda, mehrac evindəAdəmi yazdılar haraya qərəz?Mən aşığam haraya,Səda gəldi haraya.Buyurdu Cəbrailə,Təklif oldu hər aya.Üç min kəlmə gəldi ol Mustafaya,Sürdü səməndini haraya qərəz.
İbtida katiblər ayə yazdılar,Külli-kainatı ayə yazdılar.Mən aşığam, yazdılar,Oxudular, yazdılar.Əmr olundu Osmana,Ol Quranı yazdılar.O kim idi, mənəm, mənəm söylədi,Saldılar şahpərin haraya qərəz?
Al əlinə mərd iyidin əlini,Sərdar gördüm Şahi-Mərdan Əlini.Mən aşığam, Əlini,İsmi heydər Əlini.Darda çağır harayaŞahi-Mərdan Əlini.Novrəs İman, üzmə haqdan əlini,Çəksələr də səni haraya qərəz.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-haraya-qerez
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Şair, vətənin bağrı yarılmış,Düşmənlərinin bağrını dağla!
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
GözəlinGözü bademdir, gərdəni mina,Şüşədəndir sol-sağı gözəlin.
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,