Bir hökmü-xudanın elmin açarı,Nəzər eylə bu cavana, gəl yetiş.Külli–məsəvanın tək şahsuvarı,Dönübdü ciyərim qana, gəl yetiş.

Şiri-pərvərdigar, vəliyyi-rəhman,Cəmi müşgül işə verənsən dərman.Sızıldar cəsədim, gözüm ağlar qan,Qəddim əyib bu zamana, gəl yetiş.

Bir yaralı qulam, düşmənəm çölə,Bülbül kimi həsrət olmuşan gülə.İman deyər, işim dönüb müşgülə,Rəhim eylə mən cavana, gəl yetiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq