Bu, sifəti-Məcnundur və ibtidai-möhnəti-füzundur
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
Bir dilbəri-sərvqəddü gülruy,Sərvi-xoşü gülrüxü səmənbuy.
Şirin ləbi - mənşəi-lətafət,Rə'na qədi - durduğilə afət.
Övsafi-lətafətində söz çox,Əltafi-məlahətində söz yox.
Şəhla gözü - nərgizi-pürəfsun,Ziba qaşı - nərgis üzrəki nun.
Hüsni gülü laleyi-şəfəqfam,Zülfi xəmi - lalə üzrəki lam.
Ağzı sifətin xud etmək olmaz,Əsrari-nihanə yetmək olmaz.
Zülfi sözü - zikri-həlqeyi-raz,Lə'li-ləbi - abi-çeşmeyi-naz.
Dövri-məhi-ruyi - çeşmeyi nur,Xaki-kəfl-payi - sürmeyi-hur.
Bir qayət ilə şəmaili-xubKim, Leyli olanda ona mətlub,
Bir güzgüyə gər açıb gözünü,Güzgüdə görəydi öz-özünü,
Öz arizinə olurdu meyli,Qılmazdı həvayi-hüsni-Leyli.
Ol iki səmənbərü səhiqədBir-birinə oldular müqəyyəd.
Ol iki xərabi-badeyi-zövqBir camdan içdilər meyi-şövq,
Girdabi-bəlayə oldular qərq,Qalmadı aralarında bir fərq.
Övzai-müxalif oldu yeksan,Guya iki təndə idi bir can.
Hər kim sorar olsa Qeysə bir raz,Leylidən ona yetərdi avaz.
Kim Leyliyə qılsa bir xitabı,Qeys idi ona verən cavabı.
Eylərlər idi xəti-vəfa məşq,Artardı dəmadəm onlara eşq.
Leylidə oxumaq iztirabıOlsa, rüxi-Qeys idi kitabı.
Məşq etməyə Qeys alsa bir xət,Leyli qaşı idi ona sərxət.
Xətt üzrə qılırdı ol gözəllərMin naz ilə bəhslər, cədəllər.
Əmma nə cədəl - kəmali-ülfət,Nə bəhs - nəhayəti-məhəbbət.
Çün bir neçə müddət ol iki pakÖvqat keçirdilər tərəbnak.
Eşq olduğu yerdə məxfi olmaz;Eşq içrə olan qərar bulmaz.
Eşq atəşinə budur əlamətKim, baş çəkə şö'leyi-malamət.
Hüsn afəti-eşq olub dəmadəm,Gəldikcə İradət oldu möhkəm,
Bir qayətə yetdi nəş'əyi-halKim, oldu həvasü əql pamal.
Qalmadı zəbanə tabi-göftarKim, eyləyələr məhəbbət izhar.
Keyfiyyəti-hali qılmağa faşGətmişdi təkəllümə gözü qaş.
Eylərdi gözilə bu xitabı,Qaşilə verərdi ol cəvabı.
Qaşü göz ilə olan təkəllüm,Həm qılmadı dəfi-zənni-mərdüm.
Mərdümden olam, demə, kənarə!Mərdüm göz içindədir, nə çarə?
Həmraz ikən ol iki vəfadar,Dəmsaz ikən ol iki cigərxar,
Rəf' odu hicabi-şahidi-raz;Eşq oldu məlamət ilə dəmsaz.
Aşiqlərə gizli qalmadı hal;Mə'lum oldu cəmii-əhval.
Gərd ayineyi-nişatə düşdü,Minbə'd iş ehtiyatə düşdü.
Söyləşməyə ol iki yeganəQalmadı səbəb, məgər bəhanə.
Ta olmaya raz aşikara,Dövran ilə qıldılar müdara.
Bir növ bəhanə ilə hərdəmKönlünü qılırdı Qeys xürrəm.
Qəsdən unuduurdu dərsin ol zar,Leyliyə deyirdi: "Ey vəfadar!
Hifzi-səboq etdi bağrımı xun,Məndən bilirəm, bilirsən əfzun,
Mən bilmədigim mənə oxutgil,Dərsim oxuyam qulaq tutgil!"
Çün lövhələr üzrə xot yazardı,Əmdən xətini qələt yazardı.
Yə'ni ki, xəta təvəhhüm edə,Ol gül açılıb təbəssüm edə,
Göftarə gələ ki: "Bu, qələtdir,Tərk et ki, xilafı-rəsmi-xətdir!"
Ola səbəbi-təkəllümi-yar,Fəhm etməyə müddəayi əğyar.
Ətfal qılanda dövr bünyad,Vari belə eyləyəndə fəryad,
Ol, yarına ərzi-hal edərdi,Özgə dövrün xəyal edərdi.
Qılmazlar idi sözünü mə'lum,Bilməzlər idi sözünə məfhum.
Məktəbdən olan zamanlar azad,Vəsl üçün edərdi hiylə bünyad:
Qəsd ilə nihan edib kitabın,Həddən aşırardı iztirabın,
1HamısıLeyli yolunu tutub durardı,
"Sən gördün ola?" - deyib sorardı.Yə'ni bu bəhanə ilə bir dəm,
Yarın görə, ola şadü xürrəm.Elmi-xətə ömrün eyləyib sərf,
Məşq etmiş idi həmin iki hərf:Bir səfhədə "lam"ü "ya" mükərrər
Yazardı, onu qılardı əzbərKim: "Bu iki hərfdir muradım,
Rövşən bular ilədir səvadım".1Ərəb əlifbasında(L)- və(Y)-hərflərinin təkrarından"Leyli"- sözü yaranır.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-leyli-ve-mecnun-17
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün oturub başda fərəh, qəlbdə min raz,Meyli ürəyim Neylə məni eylədi dəmsaz.
İkinci camın keyfiyyətiVer, Saqi, o Nuhun gəmisi rahəti-canı,Ver ki, məni qərq etdi bu qəm, dərd tufanı.
Dəf ilə söhbətMən bir gecə olduqca gözəl bəzm düzəltdim,Şadlıq evini orda qurub bərqərar etdim.
Üçüncü camın keyfiyyətiEy Saqi, əl at badəyə, ol cövhəri-meydən,Bir mey ki, onun arzusunu göylərə yerdən