Üçüncü camın keyfiyyəti
Ey Saqi, əl at badəyə, ol cövhəri-meydən,Bir mey ki, onun arzusunu göylərə yerdənCəmşidlər aparmış, ver içim, yüksəlim, ey cam,Ver, ver ki, odur, Saqi, könül mülkünə sultan!Ver ki, onu içdikcə olum bir ulu Cəmşid,Bir badə ki, şövq ilə yanır indi də Cəmşid.Ver, sinələri yandıran ol sağəri, Saqi!Ver, gülsün onun şövqü ilə könlüm otağı.Sərxoşluğa, ver, od vuraraq, yandıraraq mən,Atəşkədəlik qapısını çırpım ürəkdən.Gəl, Saqi, o reyhan qoxulu badəni doldur,Bir badə ki, keyfiyyəti-İnsanlığa yoldur.Ver, ver mən içim könlümə min dürlü şəfəq saç,Sirrin qapısın, gəl, üzümə bir də mənim aç!Vermə yaralı qəlbimə bundan belə zillət,Cam ilə, səbu ilə, tez ol, nəşəmi yüksəlt!Ver nitqim açılsın bu gələn cam ilə birdən,İçdikcə sənə təptəzə bir rəmz açım mən.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-yeddi-cam-ucuncu-camin-keyfiyyeti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sözümüzlə elədik hər ikimiz kam tələb.
Rəyi-safi ey olan ayineyi-aləmnümaYox elə bir sirr rəyindən sənin örtsün niqab.
Könül, məlalı bu xəlvətnişinliyin xoşdurO zövqdən ki, görüşdə hər aşinadən olur.
Cəmalü hüsnünə ey daima olan məğrurNədən cünun bu qədər səndə əqlə qalibdir.
Başqa şairlərin şeirləri · Mey və meyxana
عید است و لب یار و لب جام و لب جوی
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
Fəzli-fəyyazi-əzəl çün eylədi feyzini amFəzli-fəyyazi-əzəl çün eylədi feyzini am,Saqiya, dur cami-Cəm sun, sübhdürür, vəssəlam.
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz