Məclis quraraq bir gecə bir eyş sayağı,Nur səpmiş idi hər tərəfə badə çırağı.Içdikcə başım qızdı, ürək zövq ilə doldu,Bir xeyli zaman Tar ilə Çəng həmdəmim oldu.Sordum ona: “Ey zari-zəbun, söylə, nə çarə,Neyçin yenə dağ-daş əridir səndəki nalə?”Tar öz-özünə qovrularaq sirr sapından,Açdı düyünü, söylədi: “Ey həmdəmim İnsan!Nemət verənim vardı mənim, bil ki, əzəllər,Bağlanmış idi qəlbinə qəlbimdəki tellər.Əl vurmuş idim eşqinə, eşqilə yanardım,Ehsan dənizində özümü qərq sanardım,Bu yolda deyildi mənə varlıq sözü heç yar,Lütfilə yarandım, alaraq qəlbimi onlar,Nemətdən uzaq tulladı, başlandı fərağım,Hicran qəmi oldu mənim ol qəmli çırağım.Düşdüm bir uçuq daş kimi, endim ucalıqdan,Çevrildi vüsal, gündüzüm oldu şəbi-hicran.Çərxin bu işindən olub avarə, yıxıldım,Dəhrin azarından ürəyim yandı, sıxıldım.Dönmüş fələyin qat-qat olan dərdi, bəlasi,Bu növ ilə zar etdi olub qəlbimə asi.Hər yüksəlişin dərdi həyatım boyu, ey dil,Mey tək, məzə tək etdi özümdən məni qafil.Keçmişki cəmiyyət daha heç düşmədi yadə,Əvvəlki həvalər uçaraq getdi də badə.Qəti-nəzər etdim o hala bir daha qəlbən,Sərriştəni bəlkə taparaq bir də tutum mən.Düz-doğruca bir məqsədə sahib olub ondan,Öz məqsədimi hasil edim taki uzaqdan.Lakin bu fərəh, zövq ümidsizliyə yetdi,Faniliyə düşdüm də ömür heçliyə getdi.Yüz xarlıq ilə birisi məni tutdu, apardı,Bu halsa bütün əqlimi, huşumu qopardı.Sandım aparırlar yenə də dərdə, bəlayə,Həsrət qoyacaqlar fərəhə, zövqə, səfayə.Bağlanmış apardı məni mənzilə bu İnsan,Tapşırdı da təliminə bir katibin əlan.Bu, bəxti cavan, qəddi bükük bircə qocaydı,Yaxşıyla yaman görmüş idi, fikri ucaydı.Enmiş görünürdü başı dəhrin əzabından,Fikrində idi öz işinin hər zaman, hər an.Görmüşdü mənim tək başı çox möhnəti-ruzgar,Ruzgarı da daim görünürdü gecə tək tar.Əhvali-qəm əyyamını biz öyrənərəkdən,Təhqiq elədik halımızı xeyli dərindən.Bu söylədiyim şəxs o şəxs idi, o candıKi, xilqətimin tərpənişi onla yarandı.Bambaşqa olub il uzunu surəti-halı,Arxamca gəzib ta ki, tapa köhnə vüsalı.Bu dövrdə hər bir peşədən qafil olub mən,Sevdim onu ruhən, o da çün sevdi ürəkdən.Tapdım, mənə nemət verən ol İnsanı tapdım,Axır mənə nemət verən ol bir canı tapdım.Biz xeyli zaman qüssəli səhralara getdik,Şükra ki, yenə bir-birinin vəslinə yetdik.Bihudə, əbəs sanma mənim sözlərim, ey can.Sanma vururam mən sənə dəm, həm də yalandan.Bir də bu fəsad dünyanın ayini əzəldən,Ta axıradək bu cürədir, yaxşı düşün sən.Hal əhlinə məlum olan işdir bu bayaqdan,Ki vəsl sözü daima doğmuş o fəraqdan.Gər zülmi-fələk ayrı salırsa bu da yeydir,Bir gün gələcək onları birləşdirəcəkdir.Sən də, a Müğənni, eləmə qəlbini çox təng,Bas bağrına, bas qəlbinə, bərk tut ki, düşər çəng,Çox qəm yeyirəm, dada yetiş, nəşə ver, hal ver.Hicranımı al tulla, əvəz dadlı vüsal ver!Bir vəsl ilə nakam Füzuliyə fərəh saç,Canlandır ölən zövqünü, puç keyfini bir aç!Xoş, badə içən məst xərabatiyə, hər an,Badə aparıb əqlini, həm huşu başından,Bilmir ki, bu dünyada nədir möhnəti-hicran,Heç bir xəbəri yoxdu vüsal ayrılığından.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran