Gəl, Saqi, dər ol laləni ver nəşə bağından,Bir lalə ki, könlüm köz olub şövqü dağından.

Ver, ver nə qədər sağdı canım, ver, bu çiçəklərBir gün gələcək qəbrimin üstə bitəcəklər.

Gəl, Saqi, ver ol badəni, ol qırmızı rəngi,Bir badə ki, ancaq o silir dildəki jəngi.

Ver, ver ki, içim həddən aşan çoxlu qəmim var!Ver ki, bu fəna dəhrdə min bir ələmim var!

Ver, Saqi, mərəz məlhəmni, dərdə dəvanı,Təşvişli ürəkçin yaranan yaxşı şəfanı.

Ver, ver ki, içim, yandı könül, artdı kədər, qəm,Ver, Saqi ki, təşvişimə yoxdur mənim həmdəm.

Artır ki, açılsın sifətim şövqü fərəhlə,Sonra oturub şövqü fərəflə məni dinlə.

Dördüncü gələn zövq ilə ta bülbül olum mən,Qoy sirlərin izharı üçün bir dil olum mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana