Gözəllik
Mən sənin yanında səsəm-sorağam,sevincim, kədərim, həsrətim oyan!Mən sənin yanında səndən uzağam,sənlə olduğumu hiss etdim, oyan!
Yolumu gözləyib qulağı səsdə,döyünüb həsrətlə o qəlb, o sinə.Başını söykəyib çiyninin üstə,çiynini bir kiçik “yer kürəsinə”.
Ah, necə əl vurub toxunmaq olar,o çiynin, o əlin, o qolun üstə?!İpək süfrə kimi sərilib saçlar,mən “kürə” dediyim stolun üstə.
İlk dəfə seyr etdim o yuxunu mən,nağıl görməmişdim həyatda belə.Yuxunun gözəllik olduğunu məngördüm o gözlərdəöz gözlərimlə.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-gozellik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Gecə-gündüz yollarına baxaram,Hanı mənim barabarım, gəlmədi.
OlmasınPək az sürən baharımın canlı çiçəyi, sevimliSonama, göndərdiyi çiçəklərə qarşı yadigarım
İraqÇoxdan ayrı düşdük biz yar elindən,Əcəb o yerlərdə “biz deyən” varmı?
مژده وصلم صبا آورد و گریانم هنوزنیش بر دل میزند اندوه هجرانم هنوز