İraq
Çoxdan ayrı düşdük biz yar elindən,Əcəb o yerlərdə “biz deyən” varmı?Biz anmaqdan, söyləməkdən yorulduq,Bir düşünən bizi, söyləyən varmı?
Bizdə qələmlərin düşüncəsində,Yazılan sözlərin ən incəsində;Qərib minarənin yanıq səsindəYalmz “O” var... bilməm, dinləyən varmı?
Hər kəs deyir ki, bənim könlüm nə dolğun,Bilən yoxmu “Kim"ə məftun olduğum?
Kitabxana.az · https://kitabxana.az/works/cavad-iraq
← → düymələri ilə keçid, R — təsadüfi şeir