Azərbaycana
Coşmuşdu yürəgim, şişmişdi başım,Zülm kar olmusan, axıdıb yaşım!Ey gözəl Vətənim , ey dağım-daşım,Bir sazım olsaydı söylərdim sana!
Nə gücdür aynlıq, doymamış yardan,Artırdı dərdimi hər keçən karvan!Duysaydım səsini bir yanıq tardan,Bilməzsən nə söylər, neylərdim sana!
Boğar dəryasından bir qoşun səsi,Söylər ki, könlünün yoxmu gecəsi?Sənsiz ki, ilhamın gəlməz nəfəsi,Gəlsəydi, şairlik eylərdim sana!
Kəsmişdi yolumu keçilməz dağlar,Bənim lə bərabər ormanlar ağlar!Ey göz işlədikcə görünən bağlar,Əhd ilə bir salam göndərdim sana!
Kitabxana.az · https://kitabxana.az/works/cavad-azerbaycana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Çərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Nihani bəslənir ləlin xəyalı can arasındaNihani bəslənir ləlin xəyalı can arasında,Bəli, can riştəsi vardır, deyirlər, qan arasında.
Gəl, ey dili-bimarimə olan təbib, ölürəmGel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
Axunda müraciətAxunda, milləti etmə həvayiBizə lazım deyil bangi-dərayi