Gəlişim yaxındadır,Pambıqlar diyarından;Ağ donlu tarlalardan,Salamlar gətirmişəm!Ölkəmizdə su basanBir qarış yer qalmamış.Bu il daha həvəslə,Əkmişəm, bitirmişəm!Mən bu günün Rüstəmi,Yoxsulluq bir əjdaha.Yıxaraq əjdahanı,Çıxdım polad nərlərimlə!Qoy görsün bütün dünya,Qoy görsünlor bir daha!Qoy mənə dost deyənlər,Sevinsin hünərimlə!Mən tarlada ər kimiÇalışarkən, vuruşarkən;Dostlarım çoxalırsa,Düşmənim də var hələ.Pambığımın hər şaxıDüşmən gözünə tikan.Sərhəddin xaricindoBu dağlardan o yanaGöz dikənlər də vardırTarlamın ipəginə

Onların həddi varsa,Bir baxsınlar bu yana;Əlimdəki dırmığıTaxaram bəbəyinə!Arxam sənə dayanmışYaxşı. yanım günümdə.Alıyorlar mədənindəÇalışan işçi yoldaş.Kimdən qorxum var mənim?Sən var ikən ölkəmdə!Ay mənə pul göstərən,Bilikli fəhlə qardaş!Mən bir xəbər deyirəm,Yandı bir az ürəyim.Dost ağzından eşitdimDeyirlər "kəsirin var"...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri