Aydın olsun gözləriniz,Gəldi bahar gülə-gülə!Gedər qışdan qalmaz bir iz,Gəldi bahar gülə-gülə!Oldu bahar gülə-gülə!

Çıxsın kəfəndən təbiət,Yaz yağışı böyük nemət.Qoy olsun yer üzü cənnət,Gəldi bahar gülə-gülə!Oldu bahar gülə-gülə!

Çal qış! Buyur, uğur olsun,Qır saçım cinlər yolsun!Gəl, ay Durna, gəl, ay Dursun;Oldu bahar gülə-gülə!Gəldi bahar gülə-gülə!

“Yaman günün ömrü azdır”!Mövsimlərin gülü yazdır,Oldu bahar gülə-gülə!Gəldi bahar gülə-gülə!

Böyük dərddir Vətən dərdi,Bu qış sizə ağır gəldi.Gəlin, quşlar, yazdır indi, -Oldu bahar gülə-gülə!Gəldi bahar gülə-gülə!

Toplayıb bir dəstə çiçəkDi gəlin m əktəbə gedək.Tənbəlliyə lənət edək,Oldu bahar giilə-gülə!Gəldi bahar gülə-gülə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar