Qurtarsın
Yüz acı eyham var hər bir sözündəSaçları buluddu günəş üzündə.İldırım gizlədib qara gözündə,Bu şimşək biryolluq çaxsın qurtarsın.
Gözümdən qubarı yarım sildirsin,Baxsın qərarını açıq bildirsin.Ya məni öldürsün, ya da güldürsün,Canımı odlara yaxsın qurtarsın.
Gözləri həsrətin gözüdür, baxır.Araz ayrılıqda axır, hey axır.Suyu od oğlunu yandırır-yaxır,Mən də gözləyirəm axsın qurtarsın.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-qurtarsin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Biz görüşdük, uçdu çən də, duman da,Gözlərimdə dünya güldü bir anda.
Tərəhhəm li, təkəlləm, ya ğəzaləTərəhhəm li, təkəlləm, ya ğəzalə,Ucaltma çərxə buncə ahü nalə.
Firqətindən, dilbəra, könlüm pərişan oldu, gəl!Firqətindən, dilbəra, könlüm pərişan oldu, gəl!Qıl kimi cismim mənim əz dərdi-hicran oldu, gəl!
Könlüm xoş olur ol büti-zibayə baxandaKönlüm xoş olur ol büti-zibayə baxanda,Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda.