Firqətindən, dilbəra, könlüm pərişan oldu, gəl!
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Firqətindən, dilbəra, könlüm pərişan oldu, gəl!Qıl kimi cismim mənim əz dərdi-hicran oldu, gəl!
Ta ki, sən getdin, mən oldum dərdiməndi-müstəmənd,Dərdimə görklü camalın cana dərman oldu, gəl!
Qalmadı çeşmimdə nəm əzbəs ki, ağlarmən müdam,Didəmin yaşı qurumaz, bəhri-ümman oldu, gəl!
Yoluna baş qoymuşam zarü nizarü xəstədil,Ey təbibim, gəl ki, cismimdən cüda can oldu, gəl.
Məqtə — şairin təxəllüsü olan son beyt. Firqətindən uş Nəsimi dəmbədəm qılır fəğan,Ölürəm hicran qəmindən, cigərim qan oldu, gəl!
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-firqetinden-dilbera-konlum-perisan-oldu-gel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
صله شعر من از چیست به تأخیر کشید
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
GetdiNecə ağlamayım, necə yanmayım,Sonam, düşdü məndən aralı getdi.
OlduQafil gördüm Ərzurumun elini,Bizim yerlər gözlərimdə cəm oldu.