Necə ağlamayım, necə yanmayım,Sonam, düşdü məndən aralı getdi.Bir ox atdı, sinəm san-şan eylədi,Sağı cismim yandı, paralı getdi.

Hicran qəhrindəyəm, bağlıdı qolum,Sevda həsrətindən qalmayıb halım.Canıma susayan o qanlı zalım,Məni qoydu qəmdə, yaralı getdi.

Sanki bir mələkdi əlvanlı donda,Pürrü pərvaz eylər hərə bir yanda,Şenlik der, taqətim qalmadı canda,Kəsildi səbrimin qərarı getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran