Bəri bax
Ala gözlü, sərvi boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.Gecə-gündüz fikrim-zikrim, əzbərim,Üzüldü taqətim, aman, bəri bax!
Kim dözər mənim tək belə firqətə,Rəncü-məşəqqətə, bari-möhnətə?Haçandır düşmüşəm tari-zülmətə,Çəkilsin üstümdən duman, bəri bax!
Payibəndəm qəmi-eşqə giriftar,Hicran həsrətindən can oldu bimar.Razi-dilim edə bilməm aşikar,Çəkərəm dərdini pünhan, bəri bax!
Günbəgün könlümün artır qubarıPərişandır, tapmaz o qəm küsarı.Ölsün, itkin olsun belə əğyarı,Gəzməsin arada yaman, bəri bax!
Çox çəkər hicrini Vaqifi-xəstə,Leylü-nahar, şamü-səhər peyvəstə,Ey yanağı lalə, ləbləri püstə,Ağzı nabat, şəkkər zəban, bəri bax!
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-beri-bax
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Çox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Açarkən sevgilim bir cüt badamla iki mərcanıBununla könlümü oxşar, onunla incidər canı.
Yazdımİçdim mərd əlindən eşqin badəsin,Bais oldu canda marağa, yazdım.
TürkdaşlaraSizə mən bağlıyam, ey sevgili yurddaşlarımız –Ey ulus eşqinə oddan keçən oddaşlarımız!