Eyləyəm
Harda gördüm bir şux, kaman qaşlını,İstərəm canımı qurban eyləyəm.Tutam zülfün ucun, dönəm başına,Bağrımı oduna büryan eyləyəm.
Mən bilirəm qədrin sərxoş cavanın,Həlqə-həlqə zülfün, tər zənəxdanın.Bu gül əndamlının sərvi - rəvanın,Durum yerişinə seyran eyləyəm.
Mən onun dərdinə oldum mübtəla,Şəmi xiyalıma o verir ziya,Xublardan ki, mənə gəlsə hər bəla,İstəməm ona mən dərman eyləyəm.
Xublara vermişəm din-imanımı,Şövkətü-şanımı, adü-sanımı,Cəllad tək gözləri alsa canımı,Namərdəm mən əgər aman eyləyəm.
Vaqifə rəhm eylə bari, ilahi,Agah et dərdimdən ol üzü mahi,Qədəm basıb bizə gəlsin nagahi,Bir gecə mən onu mehman eylərəm.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-eyleyem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax!Ruzigarə qıl tamaşa,karə bax,kirdarə bax!
Bayram olduBayram oldu, heç bilmirəm neyləyim…Bizim evdə dolu çuval da yoxdur.
Bəri baxAla gözlü, sərvi boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Bir-birinə həmdəm iki növcavanBir-birinə həmdəm iki növcavan,Biri güldür, biri gülgəz yanaqlı,
Başqa şairlərin şeirləri
Neçin ah eylədin, ey bülbüli-nalani-vətən,Yaduva düşdü məgər hali-pərişani-vətən?
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Mən oldumEy ağalar, rəvamıdır bu gündəYar üzünə həsrət qalan mən oldum,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,