Qatarı yola salmaq,Səkidə təkcə qalmaq,Ötən ömür, gün kimiGedənlərin dalıncaGözlərin qaralıncaBaxmaq, yaman ağırdır.Gözüm yaşarmasa da,Ürəyimi ağrıdır.

Kiçik dayanacaqlarGörəsən, nə vaxtacanBelə dayanacaqlarŞəhərlər arasında?Nə ordadır, nə burda –Yolların yarısında.Qurbağa qurultusu,Çəyirtkə səsi altda,Bir də ki, ulduzlarınSəssiz nəğməsi altdaSübhə kimi boğulur.

Gəlib keçən qatarlarSinəsinə dağ olur.Kiçik dayanacaqlar

Qatarına gecikmişSərnişinə bənzəyir.Bir az sənə bənzəyir,Bir az mənə bənzəyir.Qatarı yola salmaq,Səkidə təkcə qalmaq

Ağırdır, çox ağırdır,Ürəyimi ağrıdır.

Gedənlərin dalıncaBaxıb göz qaralıncaŞüşə kimi sınıram.Qatar pəncərəsindənAtılmış kağız kimiArxada çırpınıram.

Qatarı yola salmaq,Səkidə təkcə qalmaqAğırdır, çox ağırdır.Gözüm yaşarmasa daÜrəyimi ağrıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri