Gərək biz sonradan görüşməyəydik,nə açıq, nə pünhan...görüşməyəydik.Quruyub daş kimi qaldım yerimdə,qəfildən soyudu sinəmdə ürək.Mənim xəyalımda, təsəvvürümdəəvvəl necəydinsə, qalaydın gərək.

Təzədən mən necə dönüm geriyə?Nə qədər uzaqdır sən dediyin gün.Başqa bir qadının, axı, əriyəm,Yoxdur ixtiyarım bu görüş üçün.

İndi başqalaşıb fikrim, niyyətim,dünya da başqadır indi elə bil.

Həyata, insana münasibətimdaha dəyişibdi, sən görən deyil.

Təzədən o hissi oyada bilsən,qaytar o illərə təzədən məni.Qayıt, yalvarıram, qayıda bilsən,Mənim xatirimə unut sən məni.

Əvvəlki həvəslə döyünür ürək,indi bir həqiqət kəşf etdim, inan.Sevməyi kişidən öyrənmək gərək,əsl sədaqəti – ancaq qadından.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri