Gecə-gündüz yollarına baxaram,Hanı mənim barabarım, gəlmədi.Məni saldı beylə müşkül hallaraBietibar biilqarım gəlmədi.

Genə dərdim ziyad oldu bu gündənYaramın həsrəti heç çıxmaz candanNə səbəbdir, yüzün döndərdi məndən?Bu insafsız biqərarım gəlmədi.

Şahbazın qəmzəsi mənə yağıdır,Bundan ayrı bal da yesəm, ağudur.Aşıq Camal, ağlamağın çağıdır,Cümləsi gəldisə, yarım gəlmədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran