Tale, nə gözəl gündü bu, səninsafa gəldin.Qırx ildi gəlirdin, gəl, a Cavid,səfa gəldin.İllər külək oldu,yollar çiçək oldu,insan mələk oldu,gördün – vəfa gəldin.

Torpaq, gözün aydın,onu al bağrına, torpaq!İtkin düşən oğlun gəlir,Yoldan gəlir, yorğun gəlir,Ey ulu torpaq, ana torpaq,Cavid gəlib, aç qoynunu, bas bağrına torpaq,Onu kövrəlt, onu qızdır,O qədər həsrət olub ki,Ona yurdun qışı yazdır.Həsrət – onu mərd yıxdı ki,O insafa gəldi...Ey ayrılıq oğlu, bu Araz sahilinəsən səfa gəldin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran