Bir gün oturub başda fərəh, qəlbdə min raz,Meyli ürəyim Neylə məni eylədi dəmsaz.Sordum ona: “Ey qəm elinin taci-qüruri,Neyçin sarısan, anlat o qəlbindəki şuri?!Söylə, de görüm, ah, nə yanıq nalələrin var,Solğun yanağından tökülən jalələrin var!”Ney gizli olan sirrini, bax, böyləcə açdı,Qəlbindəki gövhərləri ətrafına saçdı.Ney söylədi: “Ey halımı məndən soran həmdəm!Ol dəm ki, ədəm idi yerim, bilməz idim qəm.Asudə gəzərdim, nə deyim çərxi-qəzayə,O öz həsədindən məni qərq etdi bəlayə.Gah tərpənişim yeldən olub, gülmüşəm hər vəqt,Bəzən də ki, atəşlər ilə eylədim ülfət.Bəzən ulu torpaqdan alıb nəşvü nümanı,Bəzən də sudan toplayaraq zövqü səfanı.Sərkəşliyimin bayrağını ərşə ucaltdım,Şadlıqlar içində göyərib, qol-budaq atdım,Tacir kimi tay bağlayaraq şaldan, ipəkdən,Mən sahibi-nemət kimi pul vermədim əldən.Məğrur elədi könlümü bu cahü cəlalım,Qaçdı, çox uzaq qaçdı bütün dərdü məlalım.Birdən bu qəza, çərxi dolanmış nə gətirdi,Aydın günümü qapqara bir şamə yetirdi.Dostlar dəyişib oldu mənə ən qatı düşman,Növrəstə gözəllər çəkilib getdi yanımdan.Əvvəlləri sevdalı küləklər yaman əsdi,Xain çıxarıq qollarımı, qəddimi kəsdi.Dostluq ətəyin toplayaraq çəkdi su məndən,Yüzlərcə zərər verdi o atəş, bunu bil sən.Aldı ürəyimdən bütün aramımı, torpaq,Getməkdə görüb istədi öz varını torpaq.Doldu acılarla ürəyim, söndü, qaraldı,Bax, böyləcə düşdüm, bədənim soldu, saraldı...Ancaq ki, dünən sübh çağı bostanda gəzirkən,Olduqca əcaib halı bir seyr elədim mən.Bir kəndli gəlib ordaca bir meynəni tutdu,Ondan şərab aldı, əvəzində verərək su.Meynə verilən bu suyu aldı və içən tək,Açdı sinəsin, söylədi: – Gəl qənd, şəkər çək!Qurtarmadı heç kəs dəyişən hadisələrdən,Bu çərxi-fələk hər kəsə bir oldu əzəldən,Hər kəs nə verib, itməyəcəkdir, qalacaqdır,Öz verdiyinin bəhrəsini tez alacaqdır.Bu dəhrdə almaq ilə vermək sözü, ey dil,Bir rəsmi-zaman oldu əzəldən bunu sən bil.Ol fikridəyəm ərz-niyaz günləri ruzgar,Versin o şeyi ki, yenə təkrar alacaqlar.Ahənglərim də bu işə yetmək üçündür,Bu fikrə, bu sevdaya şükür etmək üçündür.Zənn etdiyimin gərçi xilafı ola, ey can!Bihudə və boşdur o qədər qorxmuram ondan.Oddan, qara torpaq ilə həm ab-həvadən,Tapdım iki-üç gün göyərib nəşv-nüma mən,Verdiklərini sonra hamı qapdı apardı,Ancaq mənə o qaldı ki, əslimdə nə vardı.Neyçin saralım mən bu işin dərdü qəmindən?!Dünyaya gəlirkən nə gətirmişdim özüm mən?!Sən də, a Müğənni dilə gəl, könlümü, bir aç,Ney ilə bu ətrafı işıqlandır, alov saç!Çör-çöp kimi yandır məni bu atəşə, yandır!Könlüm evini şam kimi nurlandır, amandır!Qəm vermə Füzuliyə, düyün vurma dilindən,Qaytar o qərarı geri ki, aldın əlindən.Xoş məstlərin halına ki, şamü səhərlərMeyxanələrin küncünü asudə gəzərlər.Hər şeylərini vəqf edərək badəyə candan,Öz əllərini çəkdilər alver yaxasından.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri