Ver, Saqi, o Nuhun gəmisi rahəti-canı,Ver ki, məni qərq etdi bu qəm, dərd tufanı.Gül tək saralıb soldu həyatım acı qəmdən,Ver, ver ki, içim bəlkə tapım, Saqi, nicat mən!Ver, Saqi, ver ol zahir edən ism ilə zatı,Ver, ver o ağıl Xizri üçün abi-həyatı.Nəfsilə ölən gözlərimə nur tökülsün,Pəjmürdə düşən qönçələrim bir daha gülsün.Ver, Saqi, ver ol ayna kimi badeyi-canı,Bir badə ki, əks eyləyir o, cümlə cahanı.Ver, ver ki, içim, təşvişimi ta eləyim kəm.Ver, ver ki, görünsün gözümə büsbütün aləm.Agah elədin öylə ki, bu feyzi qədəhdən,Bu badə ilə nəşəmi artır, tamam et sən.İkinci qədəh ilə ürək qüvvət alıb taİzhar eləsin hər şeyi batində nə varsa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana