Bu, Leylinin səbaya pəyami-əhvalıdır və ümid ilə dəf'i-məlalıdır
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
Eylərdi səbaya dərdin izhar:"K'ey badi-səba, dur indi, zinhar!
El qafil ikən bu macəradən,Suitanə səna yetir gedadən.
Gör munisü qəmgüsan kimdir,Bizdən ki usandı, yarı kimdir?
Könlü kimin ilədir təsəlli,Yadına gəlirmi hiç Leyli?
Ərz eylə ki: "Ey gözəl şəhənşah!Haqdır sənə bəndədən bu ikrah...
Əvvəl ki, bu dilfigan gördün,Bir tazəvü tər bəhan gördün.
Hala ki, əsiri-dami-dərdəm,Manəndi-xəzan zəifu zərdəm.
Meyl eyləmisən məni-nizarə,Döndisə iradətin, nə çarə?
Mən bərgi-xəzanəm, olmuşam xar,Sən tazə bəharəsən tələbkar.
Hər necə ki, xarü xakisarəm,Həm şəfqətinə ümidvarəm.
Tərk etmə əvatifi-əmimi,Yad eylə məvəddəti-qədimi!"
Şəb ta səhər ol büti-səmənbərBidar qalıb misali-əxtər,
Eylərdi bu suziş ilə şivən,Ol dəm ki, olurdu ruz rövşən,
Nəğmə kimi pərdədar olurdu,Bir pərdə içində zar olurdu.
Daim keçirərdi ol cigərsuzÖvqatı bu rəsm ilə şəbü ruz.
Peyvəstə çəkərdi ol güləndamƏndişeyi-sübhü möhnəti-şam.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-leyli-ve-mecnun-35
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şükrülillah, onun itmək qəmi oldu batil.
Görəndə ruyini ayə necə baxım heyranKi, sən baxanda baxar gözlərim yerə hər an.
Qalsın nə vaxtadək belə pürğəm bu könlümüz?Olsun əsiri-türreyi-pürxəm bu könlümüz?
Sanmayın məhrulərə aşiq olan tənha mənəmCümlə aşiqdir, fəqət eşqində tək rüsva mənəm.