تا کی اسیر سلسله غم شود دلم
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
تا کی اسیر سلسله غم شود دلمپر غم از آن دو گیسوی پر خم شود دلم
Qalsın nə vaxtadək belə pürğəm bu könlümüz?Olsun əsiri-türreyi-pürxəm bu könlümüz?
انداخته مرا بغم گیسوان تویارب چو گیسوان تو در هم شود دلم
Geysulərin qəmində qoyubdur könül məni,Olsun o saçların kimi bərhəm bu könlümüz.
در عشق بحث می کند از اعتبار صبرترسم درین مباحثه ملزم شود دلم
Sevdadə səbrdən söz açıb bəhs edir müdam,Qorxum budur ki, olmaya möhkəm bu könlümüz.
در آستانه ملکی خاک گشته استآنجا امید هست که آدم شود دلم
Gəl ki, fəraqın eylədi sədparə qəlbimi,Gəl, bəlkə bir qədər ola xürrəm bu könlümüz.
الفت برید از همه عالم بدان رسیدکز بی کسی یگانه عالم شود دلم
Çox kəsdi ülfəti bütün aləmdən, axiriOldu bu cür yeganeyi-aləm bu könlümüz.
صد پاره شد دلم ز غم دوریت بیاباشد که پاره بتو خرم شود دلم
Torpaq olubdu bir mələyin asitaninə,Ümmid edir ki, ta ola Adəm bu könlümüz.
Məqtə — şairin təxəllüsü olan son beyt. در بی کسی فضولی از آن لب سخن بگویباشد بدین سبب بتو همدم شود دلم
Məqtə — şairin təxəllüsü olan son beyt. Təklikdə söhbət açma, Füzuli, o ləldən,Olsun bu vəch ilə sənə həmdəm bu könlümüz.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-330
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vəfanı səfheyi-ixlasə nəqş qıldı zaman.
Aləmi gəzməyimizdən bizə yar idi qərəzÇəməni seyr eləməkdənsə, şikar idi qərəz.
Ənbərdən ay camalını salmış həsarə xətBənzər o gül üzarın üçün pərdədarə xət.
Cəhənnəmdən verir aşiqlərə hər gün xəbər vaizCahanda görməmişdir başqa yer mütləq məgər vaiz?
Başqa şairlərin şeirləri
Fəcri-zəfərdə gülüyor intibah,Tiği-fütuhat ilədir inşirah.
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Dağıt o əyri qaşın üstə zülfi- qarə, yerDağıt o əyri qaşın üstə zülfi-qarə, yeri,Vuranda qeybəti-kübradə zülfüqarə yeri.