به رندان از جهنم می‌دهد دایم خبر واعظمگر مطلق ندیده در جهان جای دگر واعظ

Cəhənnəmdən verir aşiqlərə hər gün xəbər vaiz,Cahanda görməmişdir başqa yer mütləq məgər vaiz?

گریبان چاک ازین غم می‌کند محراب در مسجدکه آب روی منبر برد با دامان تر واعظ

Bu qəmdən çak edir məsciddə mehrab öz giribanınKi, hörmətdən salıbdır minbəri ol hiyləgər vaiz.

به تفسیر مخالف می‌دهد تغییر قرآن راتمنای تفوق می‌کند با این هنر واعظ

Qələt təfsir edib, daim verir təğyir Quranə,Bunu sanmış hünər, yüksəlmək istər bihünər vaiz.

دم از کیفیت اِعراب مصحف می‌زند هردمبنای خانه دین می‌کند زیر و زبر واعظ

Deyir zirü zəbər keyfiyyətindən bunca Quranın,Dəmadəm din binasın eyləyir zirü zəbər vaiz.

ز کوی آن صنم سوی بهشت هشت در هردمچه می‌خواند مرا یارب که افتد در به در واعظ

Məni səkkiz qapı baği-behiştə kuyi-dilbərdən,Nə dəvət eyləyir, ya Rəb ki, düşsün dərbədər vaiz.

تنزل از مقام خود نمی‌کرد اینچنین دایماگر در منع من می‌داشت قول معتبر واعظ

Cəlali-rütbəsindən xəlq içində bunca düşməzdi,Əgər olsaydı tərgi-mey sözündə mötəbər vaiz.

Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی نیست میل صحبت واعظ مرا زان روکه منع اهل دل کرد از بتان سیمبر واعظ

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, bir də meyl etməm olam vaizlə həmsöhbətKi, mən’ etmiş gözəllərdən dil əhlin bixəbər vaiz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri