ز جهان گردی ما دیدن یاریست غرض
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
ز جهان گردی ما دیدن یاریست غرضزین همه سیر درین دشت شکاریست غرض
Aləmi gəzməyimizdən bizə yar idi qərəz,Çəməni seyr eləməkdənsə, şikar idi qərəz.
در سر از پرورش دیده بصد خون جگرنظری بر گل رخسار نگاریست غرض
Bəsləməkdən gözü hər dürlü ciyər qanı ilə,Təkcə seyri-güli-rüxsari-nigar idi qərəz.
مکن ای دیده روان سوی درش سیل سرشکگر ترا از ره آن سرو غباریست غرض
Bu gülüstanda nə sərv axtarıram, nə lalə,Sərvqamət, üzü gül, laləüzar idi qərəz.
نه گل و لاله و سروست مرادم زین باغگلرخی سرو قدی لاله عذاریست غرض
Ey gözüm, kuyinə gəl seyli-sirişk etmə rəvan,Gər yolunda sənə peyvəstə qübar idi qərəz.
نیست بیهوده گر اندوخته ام گوهر اشکبهر تشریف تو ترتیب نثاریست غرض
Sanma bihudə, əgər toplamışam göz yaşımı,Sən gələn yollara şövq ilə nisar idi qərəz
چاک در سینه گر انداخته نیست ز دردبهر اندیشه غم راهگذاریست غرض
Dərddən sanma, əgər sinəmi çak etdim mən,Fövçi-möhnətlərə bir rahgüzar idi qərəz.
Məqtə — şairin təxəllüsü olan son beyt. همه دم کار فضولیست چو نی ناله و زارمگر از بودن او ناله زاریست غرض
Məqtə — şairin təxəllüsü olan son beyt. Nalədir ney kimi hər ləhzə Füzulinin işi,Məgər ömründən ona naleyi-zar idi qərəz?
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-226
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə söz tapsın desin, axır tapılmaz bir nişan bizdən.
Səbəb var, istərəm daim xəti-rüxsari-xubaniKi, vermişdir mənə yarımla ülfət etmək imkani.
Afət olsan da, könülsən, cismsən, cansan mənəMən sənə dostam, nədir illət ki, düşmansan mənə.
Gülrüxüm, sərvqədim, canına canimdı fədaMa bəda qəbləkə ma fiykə minəl-hüsni bəda
Başqa şairlərin şeirləri · Eşq
Salanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
Bir incəEy sevdiyim, naməhrəmə görünmə,Çək niqabın, gir laçına bir incə.