Uçub gedək, bu yuvadaKimlər məskən salır – salsın.Hicran sönmüş duyğulardaQəm havası çalır – çalsın.

Ürəkdən ki şaxta keçdi,Çiçəklənmək çətin işdi,Tale mənə nə vermişdi, –Verdiyini alır – alsın.

Soldu çəmən, ötüşdü yaz,Susdu nəğmə, qırıldı saz,Gedənə “qal” demək olmaz,Gedir – getsin, qalır – qalsın!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar