Payızla birgə
Durnalar könlümdən uçan həvəsdi,Yenə bu gethaget səbrimi kəsdi,Sən Allah, bu axşam ağlama, bəsdi,Üz qoyub uyuyum o üzlə birgə...
Qoymadım hasarı yad aşa, qaldım,Çevrildim yarpağa, ya daşa, qaldım,Daha ümidimiz yaddaşa qaldı,Otlanıb itərəm o izlə birgə...
Göz yaşın – bir yaşıl tumurcuq, yandı,Çalış pöhrələnsin tumurcuq andın,Baharda baharla tumurcuqlandım,Yanıb tökülürəm payızla birgə...
14.X.1979
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-payizla-birge
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şairlik nəyimə gərəkdir mənim? –Şerdə təsəlli aramaq üçün!
ƏləkMetroda bir qarı əlində ələk aparırdı...*Ay nənəcan, hardan aldın
Səttar Bəhlulzadə küçəsi haqqında şəhər sovetinə açıq məktubGeniş, rahat, işıqlıfilankəs küçəsindən
Şəhər kənarında...Şəhər kənarında avara itlərMəqsədsiz, mənasız dolaşır elə,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Səadətnamə, 116عاقلی دید قطرۀ ژالهبنشسته به سبزه و لاله
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Xoş olsun ol könül, eşqə məkandırXoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.