Canlar verib, sənin kimi cananə yetmişəm,Rəhm eylə kim, yetincə sənə canə yetmişəm.

Şükraneyi-vüsalinə can verdigim bu kim,Çox dərd çəkmişəm ki, bu dərmanə yetmişəm.

Halım deyib, muradıma yetsəm əcəb degil,Bir bəndəyəm ki, dərgəhi-sultanə yetmişəm.

Muri-mühəqqərəm ki, sərasimə çox gəzib,Nagah barigahi-Süleymanə yetmişəm.

Bir bülbüləm ki, gülşən olubdur nişimənim,Ya tutiyəm ki, bir şəkəristanə yetmişəm.

Dövri-fələk müyəssər edibdir muradımı,Guya ki, talibi-gühərəm, kanə yetmişəm.

Məqtə — şairin təxəllüsü olan son beyt. Miskin Füzuliyəm ki, sənə tutmuşam üzüm,Ya bir kəminə qətrə ki, ümmanə yetmişəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar