به یاد خاک درش گرچه ای سرشک دویدیبهیچ وجه بگرد مراد خود نرسیدی

Kuyi-yarə meyl edib, ey göz yaşım, axdınsa gər,Çatmadın hərgiz muradə, vermədin heç bir səmər.

بدیدن رخش ای دیده چند میل نماییدرین هوس بنما جز بلا چه فایده دیدی

Ey gözüm, çox meyl qıldın yar ruyin görməyə,Görmədin bir fayda qəmdən başqa, çəkdin dərdisər.

دلا بعشق شدی چهره بارها بتو گفتمچنین مکن نشنیدی هزار طعنه شنیدی

Ey könül, rüsvayi-eşq oldun, dedim: gəl eşqi at,Vermədin hərgiz qulaq, axır eşitdin tənələr.

غزال من ز تو بی وجه بود میل رقیبانتو آهویی عجب است این که از سکان نرمیدی

Ceyranım, olmaz rəqiblər qəsdsiz mail sənə,Sən ki, ahusan, neçin peykandan etməzsən həzər?

ترا چه شد که چنین بی جهت بتیغ تغافلعلاقه که میان من و تو بود بریدی

Bilmirəm vəchi nədir kim, bunca dostluq riştəsin,Etinasızlıq qılıncıyla kəsib, vurdun zərər?

اگرچه هست ترا همچو ما هزار بلاکشهزار شکر که ما را ز بهر جور گزیدی

Ey gözəl, vardır mənim tək min bəlakeş aşiqin,Min şükür, aşiqlərindən tək mənə cövrün yetər.

Məqtə — şairin təxəllüsü olan son beyt. نمی کشی قدم از رهگذار عشق فضولیبسی ملامت ازین رهگذر اگرچه کشیدی

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, eşqdə sabitqədəmsən, heç zamanDönmədin yoldan, səni bunca məlamət etdilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq