Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl-hüda
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!Saliki-rahi-həqiqət eşqə eylər iqtida.
Eşqdir ol nəş’eyi-kamil kim, ondandır müdamMeydə təşviri-hərarət, neydə tə’siri-səda.
Vadiyi-vəhdət, həqiqətdə, məqami-eşqdirKim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.
Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmiAşiqi mə’şuqdən, mə’şuqi aşiqdən cüda.
Ey ki, əhli-eşqə söylərsən: məlamət tərkin et!Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-Xuda?
Eşq kilki çəkdi xət hərfi-vücudi-aşiqəKim, ola sabit həq isbatında nəfyi-maəda.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, intihasız zövq buldun eşqdən,Böylədir hər iş ki, Həqq adilə qılsan ibtida.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qed-enarel-esqe-lil-ussaqi-minhacel-huda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çəməni seyr eləməkdənsə, şikar idi qərəz.
Ənbərdən ay camalını salmış həsarə xətBənzər o gül üzarın üçün pərdədarə xət.
Cəhənnəmdən verir aşiqlərə hər gün xəbər vaizCahanda görməmişdir başqa yer mütləq məgər vaiz?
Canan yolunda başını eylər nisar şəmOlmuş bu yolda ömr uzunu payidar şəm.