Ya mən əhatə elmükəl-əşya’ə külləha,Nə ibtida sənə mütəsəvvir, nə intəha.

Kim versə can yolunda, bulur xaki-məqdəmin.Guya ki, xaki-rahinədir nəqdi-can bəha.

Sənsən qılan məzahiri-ümmidü bim, edibMusayı elm gənci, əsasini əjdəha.

Səndən bulubdur Əhmədi-mürsəl məqami-qürb,Təhsini-"Ya’vü "sin" ilə təşrifi-"Ta"vü "ha".

Yə’qubdə nişaneyi-şövqin qəmü ələm,Yusifdə nəş’əyi-nəzərin bəhcətü bəha.

Bulmazdı, qəhrin açmasa xani-siyasətin,"Həl min məzid" löqməsinə duzəx iştəha.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ya rəb, bəlayi-qeydə Füzuli əsirdir,Ol bidili bu dami-küdurətdən et rəha.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət