Ya Rəb, həmişə lütfünü et rəhnüma mana,Göstərmə ol təriqi ki, getməz sana, mana.

Qət’ eylə aşinalığm ondan ki, qeyridir,Ancaq öz aşinalərin et aşina mana.

Bir yolda sabit et qədəmi-e’tibarimiKim, rəhbəri-şəriət ola müqtəda mana.

Yox məndə bir əməl sənə şayistə, ah əgərƏ’malimə görə verə ədlin cəza mana.

Xövfi-xətadə müztəribəm, var ümid kim,Lütfün verə bəşarəti-əfvü əta mana.

Mən bilməzəm mənə gərəgin, sən həkimsən,Mən’ eylə, vermə, hər nə gərəkməz sana, mana.

Oldur mənə murad ki, oldur sənə murad,Haşa ki, səndən özgə ola müddəa mana.

Məqtə — şairin təxəllüsü olan son beyt. Həbsi-həvadə qoyma Füzulisifət əsir,Ya Rəb, hidayət eylə təriqi-fəna mana!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri