Gər deyil bir mah mehrilan mənim tək zar sübh
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Gər deyil bir mah mehrilən mənim tək zar sübh,
Başin açib nişə hər gün yaxasın yırtar sübh.
Gün deyil, hər gün bir ay mehrilə köksün çak edib,
Tazə-tazə dağlərdir kim, qılır izhar sübh.
Tiği-xurşid ilə rəf olsa yeridir kim, müdam,
Yandırıb pərvaneyi, şəmə verir azar sübh.
Sübhi şamü şami sübh olmuş mənəm aləmdə kim,
Şam şəmi-bəzm olub, ayrıldı məndən yar sübh.
Gör nə aşiqdir ki, bir xurşid vəslin bulmağa,
Sərf edər hər ləhzə min-min lölöi-şəhvar sübh.
Eşqdə sadiqlik izhar etdi dağın göstərib,
Qaliba derlərdi kazib, qıldı ondan ar sübh.
Hicr şamında qəm etmişdi Füzuli, qəsdi-can,
Olmasaydı mərhəmətdən dəm vurub qəmxar sübh.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ger-deyil-bir-mah-mehrilen-menim-tek-zar-subh
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən kiməm? – Bir fəqiri-bisərü pa,Kəmtərin bəndəvü kəminə gəda.
Saçma, ey göz, əşkdən könlümdəki odlarə suSaçma, ey göz, əşkdən könlümdəki odlarə suKim, bu dəklü tutuşan odlara qılmaz çarə su.
Səvadi-büq’eyi-Bağdad çeşmi-həft kişvərdirSəvadi-büq’eyi-Bağdad çeşmi-həft kişvərdir,Çiraği-mərdümi nuri-ədalətdən münəvvərdir.
Vəh nədir ol tairi-fərxəndəbalü tizpərVəh nədir ol tairi-fərxəndəbalü tizpərKim, olur bir türfə ayin ilə hər dəm cilvəgər?
Başqa şairlərin şeirləri · Eşq
Səni kimdir sevən bica, qərənfil?Sənə mən aşiqi-şeyda, qərənfil!
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Zöhrə və Mənuçöhr, fəsil 4بود به بند تو خداوند عشقخواست نَبُرَّد گلویت بندِ عشق
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,