Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən,
Tərki-ədəb etdin, nola düşsən nəzərimdən.
Xunin müjdələrdirmi və ya mərdüm əlilə,
Oxlar çəkilib, dişrə atılmış ciyərimdən?
Hər badə ki, sənsiz içirəm bəzmi-bəladə,
Xunab olub, əlbəttə, çıxar didələrimdən.
Seylabi-sirişkilə xoşam eşq yolunda,
Xaşaki-təəllüq qoparır rəhgüzərimdən.
Daşlara vurub başımı, rüsva gəzər oldum,
Ey əql, qaçıb qurtula gör dərdi-sərimdən.
Kəs mehrini, ey çərx, günəşdən, sənə hər sübh,
Bir şölə yetər atəşi-ahi-səhərimdən.
Seylabi-sirişk etdi məni ğərqə, Füzuli,
Ta dövr cüda qıldı büti-simbərimdən.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-gerdi-rehin-ey-esk-yudun-cesmi-terimden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Oldu ağ günlərimiz şami-qəmindən zülmat.
İki hörük arasında üzün qiyamət edərİki gecə arasında günəş iqamət edər.
Sel kimi göz yaşım etdi qəlbimi viran, aman!Söndü cismimdə bu seldən atəşi-suzan, aman!
Sanırdım öldürəcək nazlı bir nigar məniVəfalı olmadı, öldürdü intizar məni.
Başqa şairlərin şeirləri
Görən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,