Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana,
Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana!
Saxlama nəqdi-qəmi-eşqini, ey can, zahir et
Kim, verim həbsi-bədəndən çıxmağa rüxsət sana.
Çareyi-behbudimi sordum müalicdən, dedi:
Dərd, dərdi-eşqdir, mümkün deyil sihhət sana.
Tutaram yarın qiyamətdə, həbibim, damənin,
Məstsən qəflət şərabından, bu gün möhlət sana.
Əhli-eşqi atəşi-hicranə eylərsən kəbab,
Dönə-dönə imtihan etdim, budur adət sana.
İncidir naləm səni, vəh nola gər bir tiğ ilə
Çeşmi-cəlladın edə ehsan mənə, minnət sana.
Səndə dün gördüm, Füzuli, meyli-mehrabü nəmaz,
Tərki-eşq etməkmi istərsən, nədir niyyət sana?
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-gerci-ey-dil-yar-ucun-uz-verdi-yuz-mohnet-sana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vay, yüz min vay kim, dildardən ayrılmışam,Fitnə çeşmi sahirü xunxardən ayrılmışam,
Ey hərir içrə tənin, mütləq bülur içrə gülabEy hərir içrə tənin, mütləq bülur içrə gülab,Köksün abi-rövşən, ol ab üzrə dügməndir hübab.
Candadır sübhi-əzəldən mehri-rüxsarın səninCandadır sübhi-əzəldən mehri-rüxsarın sənin,Nola ta şami-əbəd olsam tələbkarın sənin,
Necə bir vəsvəseyi-əql ilə qəmnak olalımNecə bir vəsvəseyi-əql ilə qəmnak olalım,Gəlin alayişi-qəmdən çıxalım, pak olalım,
Başqa şairlərin şeirləri · Eşq
مگر ای شاهد گمراه به راه آمدهای
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
در خاکدان مباش، که خوار جهان شویدر روح سیر کن، که جهان در جهان شوی
Bir incəEy sevdiyim, naməhrəmə görünmə,Çək niqabın, gir laçına bir incə.