هجوم سیل سرشکم ز دل اثر نگذاشت
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
هجوم سیل سرشکم ز دل اثر نگذاشتز من که آتشم این آب یک شرر نگذاشت
Sel kimi göz yaşım etdi qəlbimi viran, aman!Söndü cismimdə bu seldən atəşi-suzan, aman!
درون سینه من هر چه بود آتش عشقهمه بسوخت غمی چند بیشتر نگذاشت
Çəkdi şölə eşq odu sinəmdə, yaxdı hər nə var,Bir mənə göz yaşı qaldı, bir kədər, əfğan, aman!
جفا نگر که ز بهر تسلیم شب هجرخیالی از تو مرا اشک در نظر نگذاشت
Sildi zalım göz yaşım gözdən xəyalin əksini,Son təsəllimi əlimdən aldı bu dövran, aman!
بحال دیده بگریم که بهر گریه اوحرارت دل من آب در جگر نگذاشت
Odlu ahımdan ciyərdə su dönüb oldu buxar,Axdı ağlar gözlərimdən su yerinə qan, aman!
غلام زخم خدنگ توام که خون دلمبرون بریخت بامید چشم تر نگذاشت
Hardan alsın gözlərim qan? Bir ox ilə qəlbiminYerə tökdün qanını, peykanına qurban, aman!
کجا روم که سرکشم بجز دیار فناز بهر بودن من منزل دگر نگذاشت
Tapmıram məskən cahanda, eyləmişdir göz yaşımBir cəfa mülkündən özgə hər yeri viran, aman!
هزار بار شدم مایل طریق ورعمرا محبت خوبان سیمبر نگذاشت
Dərd əlindən tərk edərdim aləmi, canan dedi:Döz mənim eşqimlə, aləm olsa da zindan, aman!
Məqtə — şairin təxəllüsü olan son beyt. هزار شکر که لطف ازل فضولی راز لذت الم عشق بی خبر نگذاشت
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, şükrlər olsun ki, Allah eşqinə,Lütfi-həqq yar oldu, qəlbim bilmədi hicran, aman!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-107
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaxamı pəncəyi-təxvifi-rəhi-şər’ tutar,Daməni-mə’rifəti-əhli-riyasət tutsam.
Doğruluq ilə istə ülüvvi-məqam kimDoğruluq ilə istə ülüvvi-məqam kim,Gəldikcə halinə verə dövri-fələk rəvac.
Müddəi eylər mənə təqlid nəzmü nəsrdəMüddəi eylər mənə təqlid nəzmü nəsrdə,Leyk namərbut əlfazü mükəddər zatı var.
Ol səbəbdən farsi ləfzilə çoxdur şe'r kimOl səbəbdən farsi ləfzilə çoxdur şe’r kim,Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Başqa şairlərin şeirləri · Eşq
Neyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Yar aşiqi həsrət çəkərYar aşiqi həsrət çəkər,Pərvanələr oda yansa.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,