امید بود که خواهد جفای یارم کشتنکرد یار جفایی در انتظارم کشت

Sanırdım öldürəcək nazlı bir nigar məni,Vəfalı olmadı, öldürdü intizar məni.

نکرد گرچه بهر وعده که کرد وفاهزار شکر که باری امیدوارم کشت

Vəfa da eyləməsə verdiyi şirin vədə,O öldürüb, yenə min şükr, ümidvar məni.

هزار بار مرا زنده کرد لعل لبشاگرچه غمزه شوخش هزار بارم کشت

Dodaqları mənə min yol həyat verdi, əgərNaz ilə min dəfə öldürmüş işvəkar məni.

مرا نکشت ز بسیاری جفا اغیارکم التفاتی آن سرو گل عذارم کشت

Məni həlak edə bilməz cəfası əğyarın,Kəmiltifat olub, öldürdü gülüzar məni.

اگرچه داد ز کشتن مرا امان چشمتبلای هجر تو رحمی نکرد و زارم کشت

O qarə gözləri verdi mənə aman, ancaqBəlayi-hicr ilə öldürdü gör nə zar məni.

ز درد ساقی این بزم مرده ام که چرانداد باده جان بخش در خمارم کشت

Bu bəzm saqisinin dərdidir mənim dərdimKi, badə vermədi, öldürdü bu xumar məni.

Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی از خط و از خال برده بودم جانتطاول خم گیسوی مشک بارم کشت

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, canı qaçırdım o xəttü xalından,Ətirli saçları öldürdü aşikar məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq