گه جولان غبار انگیز از آن شد رخش جانانم
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
گه جولان غبار انگیز از آن شد رخش جانانمکه زد دستی و گرد تن فشاند از دامن جانم
ز کف دامان رسوایی نخواهم داد تا وقتیکه گردد خاک پیراهن لحد چاک گریبانم
چو مردم در تجرد به که باشم از کفن عارینمی خواهم که گرد قید بنشیند بدامانم
منه روز اجل بار کفن ای همنشین بر منکفن از پنبه های زخم بس بر جسم عریانم
دهد لوح مزارم چون زبان شرح غم هجرتاجل دور از تو چون سازد بزیر خاک پنهانم
ز مژگان التماس گرد راهت می کند مردمکه می مالد دمادم روی خود بر پای مژگانم
Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی محنتم را از لحد تسکین نشد حاصلدری دیگر گشود این رخنه بر زندان هجرانم
Yenə at çapdı meydanda, qopardı toz o cananım,Əl atdı, silkədi damanını, düşdü yerə canım.
Əlimdən daməni-rüsvalığı ol vəqtədək verməmKi, örtülsün ləhəd daşilə bu çaki-giribanım.
Kəfənsiz yaxşıdır, versəm əgər can künci-üzlətdə,Nəyə lazım kəfən olsun öləndən sonra zindanım.
Kəfənlə qoymayın, dostlar, ölərkən boynuma bir yük,Yetər, saysız yaramla örtülübdür cismi-üryanım.
Məzarım üstünə gəlsən, açar dil baş daşım, söylər,Ki, keçmişdir necə sənsiz mənim əyyami-hicranım.
Məqtə — şairin təxəllüsü olan son beyt. Məzarım, ey Füzuli, ayrılıq zindanına döndü,Ölüm də olmadı, əfsus, bu dərdli cana dərmanım.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-269
← → düymələri ilə keçid, R — təsadüfi şeir