بی خط سبزت شبی هر جا که منزل داشتمتا سحر چون سبزه پا از رشک در گل داشتم

Gül camalından uzaq hər yerdə yatdım, ey nigar,Göz yaşım axdı, çəkildi dövrəmə gildən divar.

دوش شمعی بود همرازم که از روشن دلیبود او را بر زبان من هر چه در دل داشتم

Dün gecə bir şəm ilə həmdərd idim, gördüm onun,Hər nə var qəlbində, olmuşdur dilində aşikar.

بود اسباب کمال رفعتم چون مه تمامچون نباشد آفتابی در مقابل داشتم

Bir günəş həmsayəm oldu, ondan aldım nuru mən,Ay kimi yüksəldim, ol nur ilə qıldım iftixar.

بود صد فرهاد را بر صورت حالم حسددر نظر تا نقش آن شیرین شمایل داشتم

Canlı bir Şirin ilə bir dəm oturdum üz-üzə,Gördü bu əhvalı yüz Fərhad, öldü xarü zar.

بر من دیوانه تشویش خرد حکمی نداشتسوری از سودا حصاری از سلاسل داشتم

Əql qorxuzmazdı öz hökmüylə mən divanəni,Çünki zəncirim zireh olmuş mənə, eşqim həsar.

آفرین ای زورق ساغر رهاندی از غمممن درین دریا کجا امید ساحل داشتم

Afərin, ey badə, çatdın bir qayıq tək dadıma,Qərq olardım yoxsa qəm bəhrində mən biixtiyar.

Məqtə — şairin təxəllüsü olan son beyt. گر تهی دستم ز دین و دل فضولی دور نیستعشق بربود از کف من آنچه حاصل داشتم

Məqtə — şairin təxəllüsü olan son beyt. Dinü dünyadan əlim çıxmış, Füzuli, neyləyim?Aşiqəm mən, qoymamışdır eşq məndə etibar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq